İnsan başının nəqli 2030-cu ilə qədər reallaşa bilər: ŞOK!

İnsan başının nəqli 2030-cu ilə qədər reallaşa bilər: ŞOK!backend

İnsan başının başqa bir bədənə nəqli ideyası yaxın gələcəkdə reallığa çevrilə bilər.

Moderator.az dünya mediasına istinadən xəbər verir ki, elm adamlarının bu yöndəki araşdırmaları uzun illərdir ki, davam etməkdədir. Bu günlərdə məsələ ilə bağlı açıqlama verən Hull Universitetinin beyin və sinir cərrahı Brus Mathev hesab edir ki, baş nəqli 2030-cu ilə qədər reallaşa bilər:

“Başlanğıcda niyyətimiz sadəcə bir beyin fırtınası həyata keçirməkdi və bu, olduqca axmaqcasına görünürdü. Amma sonra anladım ki, əslində belə deyil. Beyin və onurğanı birlikdə nəql etsəniz, baş nəqli mümkündür”.

Professor bildirib ki, bu vaxta qədər baş nəqli həyata keçirmək istəyən şəxslər onurğanı başdan ayıraraq baş nəqli gerçəkəşdirmək istəyib ki, bu cür baş nəqli “tamamilə gülüncdür”.

Professor bu yolla gələcəkdə bədən nəqlinin də mümkün olacağını iddia edib.

Qeyd edək ki, dünyada ilk baş nəqli könüllüsü Valeri Spiridonov olub. Lakin o 3 ilik hazırlığın ardından ötən il bu niyyətindən imtina edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki