İran  Azərbaycanın Zorxana idman növünü  Ermənistanda inkişaf etdirəcək 

image-1backend
image-ad_qayo_720x110px

Busaat.az xəbər verir ki, dünən İranın idman və gənclər naziri Əhməd Dünyamalı Erməniatanın Tehrandakı səfiri Qriqor Akopyanla görüşündə Azərbaycanın milli Zorxana idman növünü “iranlıların qədim və milli idmanı” adlandırıb.
Erməni diplomatla görüşdə iranlı nazir bildirib ki, “Tehran zorxana idman növünü Ermənistanda inkişaf etdirməyi düşünür”.
Nazirin sözlərinə görə, istənilən halda İran və Ermənistan coğrafi baxımdan bir-birinə yaxın olduğundan və ölkələr arasında viza rejimi olmadığından milli formada çıxış edən idmançılar üçün birgə düşərgələr keçiriləcək.
Beləliklə, iranlı nazir və Ermənistan səfiri farsların və ermənilərin Azərbaycanın mədəni və milli irsini qarət etmək və mənimsəməkdə çoxəsrlik ənənəsini həyasızcasına davam etdirirlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki