Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.22 $▲0.34%
  • WTI neft101.75 $▲0.40%
  • Avropa qazı (TTF)99.31 €▲5.07%
  • Təbii qaz (ABŞ)3.067 $▲0.10%
  • Qızıl4 068 $▲0.28%
  • Gümüş54.17 $▲0.10%
  • Pambıq78.50 ¢▲0.59%
  • Buğda612.00 ¢▲0.08%
  • Bitcoin80 700 $▼0.12%
  • Ethereum2 339 $▼0.35%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

İran niyə Naxçıvana zərbə endirdi? - Sensassion detallar

image-naxcivan-hucum
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Naxçıvan Beynəlxalq Hava Limanını İran tərəfindən dron zərbəsinə məruz qalıb. Sosial şəbəkələrdə yayılan bəzi fotolarda hava limanı terminalının daxilində dağıntıların olduğu, tavan konstruksiyalarının və şüşələrin zədələndiyi görünür. Məlumatlara görə, hadisə nəticəsində hava limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.

Bəs, İranın gözlənilmədən Naxçıvana zərbə endirməsinə səbəb nədir?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycana qarşı həyata keçirilən bu hücum beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.

“Azərbaycan regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verən ölkələrdən biridir və heç bir hərbi-siyasi bloklara və ya müxtəlif dövlət qruplarının koalisiyalarına qoşulmayıb. Azərbaycan balanslaşdırılmış və müstəqil xarici siyasət yürüdən dövlətdir və regional sabitliyin qorunmasına xüsusi önəm verir. Azərbaycan son 30 il ərzində iki böyük müharibə sınağından keçmiş, öz ərazi bütövlüyünü, suverenliyini və konstitusiya quruluşunu təmin etmiş dövlətdir. Belə bir ölkəyə qarşı xain hücumların təşkil edilməsi qəbuledilməzdir və beynəlxalq hüquqa ziddir”.

İlyas Hüseynov əlavə edib ki, Azərbaycan yaranmış vəziyyətlə bağlı lazımi diplomatik addımlar atır və öz təhlükəsizlik maraqlarını qorumaq hüququnu da saxlayır:

“Qarşı tərəfə nota verilməsi və səfirin Xarici İşlər Nazirliyinə dəvət olunaraq etirazın bildirilməsi Azərbaycanın təhlükəsizlik məsələlərində qətiyyətli mövqe nümayiş etdirdiyini göstərir. Bütün gərginliklərə baxmayaraq, yaranmış vəziyyət sülh və danışıqlar yolu ilə həll edilməlidir. Azərbaycan hər zaman problemlərin diplomatik və dinc yollarla həllinin tərəfdarı olub. Lakin ölkəmizin ərazi bütövlüyünə, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı hər hansı təhdid və hücum tamamilə yolverilməzdir və bu kimi halları qəti şəkildə pisləyirik”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180938