İran nüvə obyektlərində tədbirlər görür

image-nuvusbackend

İran Natanz və Fordo nüvə obyektlərində açıqlanmayan tədbirlər görüb.

Busaat.az xəbər verir ki, bu addım Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının bu yaxınlarda qəbul edilmiş qətnaməsinə cavab olaraq atılıb.

Məlumata görə, bu, üç Avropa ölkəsinin: Böyük Britaniya, Almaniya və Fransanın (Avropa üçlüyü) düşməncəsinə hərəkətlərinə cavabdır. Çünki onlar Tehranın siyasiləşmiş və təxribat xarakterli hesab etdiyi qətnamə layihəsini MAQATE-nin Rəhbərlər Şurasına təqdim ediblər.

Qeyd edək ki, iyunun 5-də 20 “hə” səsi ilə qətnamə qəbul edilib. Rusiya və Çin əleyhinə səs verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki