“İran rəsmiləri öz səhvin başa düşəcək və Azərbaycanla münasibətləri yaxşılaşdıracaqlar” – ŞƏRH

image-3773499backend

“İran rəsmiləri öz səhvlərini başa düşəcək, Azərbaycanla münasibətləri yaxşılaşdıracaqlar. Çünki Azərbaycanla münasibətləri gərginləşdirmək yalnız özlərinə ziyan verəcək”.

Bunu İranın Azərbaycanla münasibətləri yaxşılaşdırmaq əvəzinə daha da gərginləşdirməsi fonunda gələcək proseslərdən danışan politoloq Elşad Həsənov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, İran hər zaman Azərbaycanı özünə tabe etmək istəyib:

image-elsad_hesenov_-1

“Azərbaycan müstəqilliyini qazandıqdan sonra İran bu yolda daha çox çabalamağa başladı. Fars-molla rejimi hakimiyyətə gəldikdən sonra münasibətləri yaxşılaşdırmaq əvəzinə daha da gərginləşdirdi. İran xüsusi xidmət orqanlarının agenti olan Ocaq Nejad din pərdəsi altında Azərbaycanda uzun müddət İran təbliğatı aparıb. Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi uğulru əməliyytlar nəticəsində həmin dini qruplaşmaların bir çox üzvü həbs olunub. İranın Azərbaycana qarşı təxribat planları səngimək bilmir. Səfirlik hadisəsi, ifşa olunan erməni planı və daha nələr. Ən sonda isə qısa müddət öncə Milli Məclisin deputatı Fazil Mustfaya qarşı sui-qəsdin arxasında da İranın olduğu ehtimalı ortaya atıldı. Sui-qəsdin arxasında İranın olması ilə bağlı bir sıra politoloqlar öz fikirlərini səsləndirdi. Həqiqətən də Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatları nəticəsində saxlanılan şəxslərin İrana bağlı şəxslər olduğu üzə çıxarıldı”.

Politoloq Azərbaycanın beynəlxalq əlaqələrinin həlledici olacağını deyib: “Azərbaycanın 44 gün ərzində işğal atlında olan torpaqlarını azad etməsi İranın arzularını puç etdi. İran Ermənistanın Azərbaycanı tamamilə işğal etməsini istəyirdi. Çünki Ermənistan vasitəsilə həyata keçirə biləcək maraqları vardı. Azərbaycanın bu uğurundan qıcıqlanan İran Zəngəzuru özünün “qırmızı xətti” elan etdi, Azərbaycanla sərhəddə hərbi təlimlər keçərək güc nümayişi göstərmək istədi. Yəqin ki, fars-molla rejimi başını itirməyib. Cənubi Qafqazın lider ölkəsi Azərbaycana qarşı hansısa addım atmazlar. Bu onların sonu deməkdir. Cənubi Azərbaycanda 40 milyon həmvətənimiz var. Əlavə olaraq İran Azərbaycana qarşı hər hansı addım atsa qarşısında İsraili, Pakistanı, Türkiyəni və ABŞ-ni görəcək. Bəli, ABŞ. ABŞ dəfələrlə İranın Azərbaycana qarşı təhdidlərini görərək yanımızda olduğunu bildirib. Ümid edirəm ki, İran rəsmiləri öz səhvlərini başa düşəcək, Azərbaycanla münasibətləri yaxşılaşdıracaqlar. Çünki Azərbaycanla münasibətləri gərginləşdirmək yalnız özlərinə ziyan verəcək”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki