İran silahlı qüvvələri istənilən təhlükəyə cavab verməyə hazırdır-Qərargah rəisi

image-1backend
image-ad_qayo_720x110px

İran silahlı qüvvələri istənilən xarici təhlükəyə cavab verməyə hazırdır. Busaat.az xəbər verir ki, bu barədə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri bildirib.

“Silahlı qüvvələr həmişəkindən daha yaxşı vəziyyətdədir və istənilən təhlükəyə cavab verməyə hazırdır”, – generalın sözlərini İran Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. O, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu arasında son danışıqlarda müzakirə edildiyi iddia edilən ABŞ və İsrailin respublika ərazisinə mümkün zərbəsinə İranın cavabı ilə bağlı sualı belə cavablandırıb.

Fevralın 4-də Donald Tramp ABŞ-ın İrana maksimum təzyiqini bərpa etmək barədə sərəncam imzalayıb. Sənəddə həmçinin İran neftinin ixracını azaltmaq üçün Vaşinqtonun səylərini gücləndirmək planlaşdırılır. Eyni zamanda, Tramp İran prezidenti Məsud Pezeşkianla görüşü mümkün hesab edib və Tehranla böyük sövdələşməyə getmək istədiyini açıqlayıb. Tramp bu sərəncamı Ağ Evdə Netanyahu ilə görüşdən əvvəl imzalayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki