İranın Rəşt şəhəri yaxınlığında yüngül məşq təyyarəsi qəzaya uğrayıb. Busaat.az xəbər verir ki, məlumatı İran mətbuatı yayıb.
İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıqdır.
Təyyarə Fərəcə polisinin aviasiya bölməsinə məxsus olub. Dağıntı nəticəsində 2 pilot və bir mühəndis həlak olub.
Kütləvi İnformasiya Vasitələri həmçinin bildirir ki, təyyarənin təyinat yeri məlum deyil, dövlət orqanları insidentlə bağlı araşdırma aparır.