İranda zəlzələ oldu

İranda zəlzələ oldubackend

İranın Buşehr ostanının Bəndər Genave şəhərində 5.2 bal gücündə zəlzələ olub.

Busaat.az “İRNA”ya istinadən xəbər verir ki, Tehran Universiteti Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 16:22-də baş verib.

Yeraltı təkanların episentri 8 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, mayın 17-si İranın Şimali Xorasan ostanının Sənxast şəhərində qeydə alınan 5.5 bal gücündə zəlzələ nəticəsində bir neçə nəfər yaralanmışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90