Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.87 $▼0.20%
  • WTI neft83.62 $▲0.76%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.791 $▲17.33%
  • Qızıl3 539 $▲0.17%
  • Gümüş41.08 $▼0.68%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda593.00 ¢▲0.13%
  • Bitcoin58 834 $▼4.97%
  • Ethereum1 617 $▼7.92%
  • S&P 5006 910▼3.72%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Kriminal

İrandan Azərbaycana 17 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb - FOTOLAR

image-narkotik
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram 670 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Busaat.az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.

Qeyd edilib ki, sentyabr ayının 8-də saat 10:55-də “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 970 qram narkotik vasitənin (430 qram tiryək, 540 qram heroin) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Sentyabr ayının 9-da saat 15:35-də “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram 700 qram narkotik vasitə marixuananın İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.image-narkotik1 image-narkotik2 image-narkotik3 image-narkotik4 image-narkotik5

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121257