Qazaxıstanın 6 vətəndaşı öz ölkəsinə qayıtmaq üçün İrandan Azərbaycana kecib.
Busaat.az xəbər verir ki, Astara sərhəd gömrük buraxılış məntəqəsindən keçən qonaqlar onlar üçün hazırlanan çay süfrəsindən şirniyyat dadıb müvafiq pasport qeydiyyatından keçiblər.
Onlar Azərbaycana öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyəsi məqsədi ilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib.
Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə lazımı şərait yaradıb