Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 944 $▲0.28%
  • Ethereum2 246 $▲0.46%
  • S&P 5007 377▲0.27%
18°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

"İranın Azərbaycana müdaxiləsini real hesab etmirəm" - EKSPERT RƏYİ

image-azerbaijan-iran-flags
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son günlər İranın anti-Azərbaycan siyasi addımları artan templə davam edir. Bu addımlar bəzən siyasi qərarlarda, bəzən isə, rəsmi şəxslərin açıqlamalarında özünü birüzə verir.

İranın anti-Azərbaycan siyasəti isə, Azərbaycan cəmiyyətində müəyyən narazılıq və bu ölkənin Azərbaycana qarşı təcavüzkar addımlara başlama ehtimalları istiqamətində suallara səbəb olub.

Busaat.az mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib:

image-edalet

“İran tərəfindən Azərbaycana qarşı təhdidlər ən azından 30 ildən artıq müddətdir ki, davam  etməkdədir. Düşünmürəm ki, İran indiki daxili çalxalanmalar və kataklizmlər dövründə Azərbaycana qarşı hansısa real müharibəyə istiqamətlənmiş fəaliyyətlər həyata keçirsin. Çünki İran ərazisində yaşayan Azərbaycan türklərinin sayı kifayət qədər böyükdür. İran ordusunda xidmət edən azərbaycanlıların da yüksək rəhbərlikdə təmsil olunmasına dair faktlar kifayət qədərdir. Buna görə də İran hazırda sərhədlərində Pakistan, Türkiyə, Azərbaycan kimi dövlətlərin və onlarla normal münasibətə malik Əfqanıstanın olması İranı Azərbaycana qarşı birbaşa fəaliyyətlərdən çəkindirir. Digər tərəfdən isə Azərbaycana qarşı fəaliyyətlərə başlamaq üçün İran mütləq ətrafında müttəfiqlər koalisiyası yaratmalıdır. Hazırki dövrdə bu da mümkün deyil, çünki İranın yalnız Suriya və Ermənistanla qismən normal münasibətləri var və bu münasibətlərin də kökündə türk düşmənliyi, türk düşmənçiliyi və müəyyən bədbəxtçilik sindromu dayanır. Yəni bu ölkələrin birləşməsinə səbəb yalnız onların ortaq türk düşmənçiliyi üzərindən bir siyasət aparmalarıdır. Odur ki, real şəraitdə mən düşünürəm ki, İran Azərbaycana qarşı hansısa müharibənin aparılması ssenarisini özü də real hesab etmir”.

Azərbaycan tərəfinin mövcud risklərə qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlərə toxunan ekspert bildirib: “Azərbaycan isə həm Şuşa, həm Bakı bəyannaməsi ilə özünü mümkün İran təhdidlərindən sığortalaya bilib. Digər tərəfdən isə İranın bu gün dəstək olduğu və yaxud da müharibə apardığı ölkələrdən kimsə İran qarşısında məğlub olmayıb. Məsələn İran İsrailə qarşı Həmas və Hizbullah vasitəsilə, Yəməndə səudlara qarşı Husilərin əli ilə savaşır, Suriyada öz qoşunları və Əsəd rejiminə dəstək verən qüvvələr vasitəsilə Türkiyə və digər ölkələrə qarşı savaşmağa cəhd edir. Lakin bunların heç birində nə İran silahının, nə İran əsgərinin bir dənə də olsun parlaq bir zəfərlə, parlaq bir qələbəylə yekunlaşan səhifəsi, nəticəsi var. Ona görə də İranın Azərbaycana qarşı real müharibə potensialı hələki mümkün deyil”.

Azərbaycanın beynəlxalq münasibətlər konteksində ehtibarlı tərəfdaşlara sahib olduğunu qeyd edən ekspert fikirlərini belə davam etdirib: “Ola bilsin uzaq prespektivdə İranın belə bir planları var. Amma onların həyata keçirilməsi asan olmayacaq. Çünki Azərbaycanın müttəfiqlərinin sayı kifayət qədər çoxdur və onların bir çoxu sırf İran perimetri boyunca düzülmüş ölkələrdən ibarətdir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90712