“Aparılan yalnış siyasət yeni müharibə riskini, aylardır davam edən ümumxalq üsyanları İranın parçalanma ehtimalını yüksəldir”.
Bunu hazırda baş verən proseslər fonunda İranın parçalanma ehtimalından danışan politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, tarixdəki hadisələri müəyyən qədər proqnozlaşdırmaq mümkündür:
“Faktiki olaraq İran heç bir zaman indiki qədər parçalanmaya yaxın olmayıb. İranda təkcə hicabla bağlı məcburi qadağaların və elementar insan hüquqlarının pozulması faktlarının baş vermədiyini nəzərə almaq lazımdır. Yanaşı olaraq insanların milli hüquqları da İran tərəfindən kobudca tapdalanır. İranda yaşayan 30 milyondan artıq Azərbaycan türkünün dünya səviyyəsində qəbul edilmiş mədəni hüquqları tapdalanır. Bu fakt yalnız Azərbaycanlılara qarşı baş vermir. İranda yaşayan kürdlər, türkmənlər digər etnik qruplar da fars-şovinist siyasətinin basqısı ilə üzləşib”
.
Politoloq İranın yanlış addımlarının bu ölkəyə fəsadlarından danışıb: “Aparılan yalnış siyasət yeni müharibə riskini, aylardır davam edən ümumxalq üsyanları İranın parçalanma ehtimalını yüksəldir. Xarici güc mərkəzləri də İranın parçalanmasında maraqlıdır. Belə olduğu halda İranın parçalanması reallığı artır”.
Ələsgər / Busaat.az