İranın yeni prezidentinin Azərbaycanla yürütdüyü siyasət necə olacaq? – Politoloq rəyi

image-1553514748_1507876010_elxanbackend

“İbrahim Rəisinin xarici siyasəti və Azərbaycana yanaşmasında söz sahibi başqalarıdır”.

Busaat.az xəbər verir ki, bunu İranda keçirilən prezident seçkilərinin nəticəsini dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqa görə, yeni prezident İbrahim Rəisinin ölkəmizə qarşı apardığı siyasətin necə olacağı hələlik sual altındadır:

“İranda prezident seçkisində mühafizəkar namizəd İbrahim Rəisi qələbə çaldı. Əslində İranın siyasi palitrasında mühafizəkar və islahatçı bölgüsü nisbi xarakter daşıyır, dünənin mühafizəkarı islahatçı, islahatçı isə mühafizəkara çevrilə bilər. Həsən Ruhani islahatçı idi, 8 ildə İranda nəyi islah edə bildi ki?! Bir də ki, İran Konstitusiyasına görə prezidentin başı üzərində ali dini rəhbəri var. İslam Keşikçiləri Korpusu isə dövlət içində dövlətdir, kimsə bu strukturdan nəsə tələb edə bilmir.

İbrahim Rəisinin xarici siyasəti və Azərbaycana yanaşmasına gəlincə, bu məsələdə söz sahibi başqalarıdır. Prezident və xarici işlər naziri ali dini lider və İslam Keşikçiləri Korpusunun cızdığı xəttə sadiq qalmalıdırlar. Misal üçün, Azərbaycanla sərhəddə – dağın ətəyində Xomeyninin böyük portretini  yerləşdirmək nə bu ölkənin prezidenti, nə də xarici işlər nazirinin ağlına gələrdi. Bunun müəllifi onların başları üzərindəki üst qurumlardır. Azərbaycanla münasibətlərə də həmişəki kimi həmin üst qurumlar yön verəcək”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki