İrəvan Qarabağ ətrafında demilitarizasiya zonası yaratmağı təklif edir – Paşinyan 

image-pasinyanbackend

Ermənistan Qarabağ ətrafında və Azərbaycanla sərhəddə demilitarizasiya zonası yaratmağı təklif edib.

Busaat.az xəbər verir ki, bu təkliflə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edib.

“Ermənistanın Dağlıq Qarabağda ordusu yoxdur, Azərbaycan isə oktyabrın 6-da Praqada bu məsələyə aydınlıq gətirmək üçün Dağlıq Qarabağa müşahidəçilərdən ibarət missiya göndərmək təklifini rədd edib. Dağlıq Qarabağda müdafiə ordusu var. Həmin ordunun varlığı isə, hər hansı bir soyqırım siyasətinin həyata keçirilməsinə ciddi maneədir. Məncə, Dağlıq Qarabağdakı ermənilərin ordusu yalnız soyqırım təhlükəsi olduğuna görə var. Soçi üçtərəfli görüşündə mən Dağlıq Qarabağ hakimiyyətinin hərbsizləşdirilmiş zona yaratmaq təklifini təqdim etdim. Dağlıq Qarabağ ətrafında beynəlxalq təminatlı zonanın yaradılması o demək idi ki, o zaman Dağlıq Qarabağa belə miqyaslı ordu lazım olmayacaq. Bu təklif qüvvədə qalır və dünən biz onun yenilənmiş variantını Azərbaycana təqdim etdik” – deyə, erməni lider qeyd edib.

Ermənistan Baş naziri əlavə edib: “Dağlıq Qarabağ ermənilərinin Azərbaycan qoşunlarının qarşıdurma xəttində atəşkəs pozuntularının dayandırılması və qoşunların sülhməramlıların məsuliyyət zonasından çıxarılması, eləcə də Dağlıq Qarabağda ermənilərin soyqırımı siyasətinin aradan qaldırılması tələbi var”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90