İrəvanda toqquşma: Etirazçılar polis kardonunu yardı

image-irevan-e1614253904984backend

İrəvanda hökumət evinin yaxınlığında təhlükəsizlik qüvvələri ilə toqquşmalar başlayıb.

Busaat.az “RİA Novosti”yə istinadla xəbər verir ki, aksiyada saxlanılanlar var.

Toqquşma hökumət binasına yaxınlaşan etirazçılar binanın girişinin qarşısındakı kordonu yarmağa cəhd edəndə başlayıb. Nəticədə polis, xüsusi təyinatlılar və etirazçılar arasında atışma başlayıb.

Etirazçılar az qala kordonu yarıblar, lakin həmkarlarının köməyinə gələn xüsusi təyinatlılar – qırmızı beretlər onları geri sıxışdırıb.

Toqquşma hələ də davam edir.

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi etirazların başlamasından bir ay ötür. Onun opponentləri onun Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası zamanı Qarabağ məsələsində Azərbaycana yeni güzəştlərə getməyə çalışdığını hesab edir və onun planlarını dayandırmaq niyyətində olduqlarını bəyan edirlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90