Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft104.05 $▲0.45%
  • WTI neft96.36 $▲0.54%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.880 $▼0.24%
  • Qızıl4 025 $▲1.34%
  • Gümüş51.62 $▲3.05%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda596.25 ¢▲0.04%
  • Bitcoin77 780 $▲0.58%
  • Ethereum2 290 $▲0.81%
  • S&P 5007 569▲0.35%
19°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

İrəvandan rəsmi açıqlama: “Bakıda yüzdən çox Ermənistan vətəndaşı var”

image-1614761780_1614370304_qoroskop
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı yüzdən artıq Ermənistan vətəndaşını saxlayır.

Busaat.az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində Ermənistanın diaspor işləri üzrə baş müvəkkili Zare Sinanyan bildirib.

Sinanyan əlavə edib ki, o, fevralın 24 -dən martın 2-dək Rusiyaya səfəri zamanı bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə təmaslarda müzakirə edib.

“Bizim üçün ən başlıca mövzu erməni hərbi əsirləri və saxlanılmış şəxslərin Azərbaycandan qayıtmasıdır… Mən bilirəm ki, onların sayı yüzdən çoxdur, amma konkret rəqəm açıqlanmayıb. Ona görə də biz dialoq aparırıq, çünki aydınlaşdırmaq istəyirik ki, Azərbaycan əsirliyində nə qədər insan olub, onlar (Bakı nəzərdə tutulur) bunu daha yaxşı bilirlər. Hərbi əməliyyatlar nəticəsində əsir və itkin düşənlərin siyahısı var. Bu rəqəmlər daim dəyişir”, – deyə o, qeyd edib.

Onun sözlərinə görə, Moskva bundan sonra da bu məsələnin həllinə kömək edəcək.

“Ümid edirik ki, Rusiya Federasiyası ilə işimizdə uğur qazana bilərik. Moskva bu məsələnin həllinə kömək edəcəyini vəd edir və biz onlara inanırıq. Bu məsələnin uzanması Ermənistan ilə Azərbaycan arasında dialoqun başlamasını ləngidir”, – deyə Sinanyan bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında “Bakı bütün hərbi əsirləri İrəvana qaytarıb” ifadəsini işlədib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=38681