Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft110.79 $▼0.81%
  • WTI neft102.25 $▼0.99%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)2.994 $▼1.84%
  • Qızıl4 010 $▲0.06%
  • Gümüş54.06 $▲0.21%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin79 800 $▼1.20%
  • Ethereum2 318 $▼1.58%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
Siyasət

İrəvanın Qarabağa görə məsuliyyəti üçüncü ölkələrə atması cəhdləri onun çiyinlərindədir - Zaxarova

image-mariya-zaxarova
Mariya Zaxarova
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Ermənistanın  Qarabağın təhlükəsizliyinə görə məsuliyyəti üçüncü ölkələrin üzərinə atmaq cəhdlərini Ermənistan hakimiyyətinin vicdanına həvalə edir.

Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Biz Ermənistan rəhbərliyinin səsləndirdiyi fikirləri 2022-ci ilin oktyabrında Aİ-nin himayəsi ilə Praqada keçirilən sammit zamanı qəbul edilən kursun davamı kimi qiymətləndiririk. Beləliklə, Qarabağın taleyinə görə məsuliyyəti üçüncü ölkələrin üzərinə qoymaq cəhdlərini Ermənistanın vicdanına buraxırıq”, – o, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Qarabağın təhlükəsizliyinin qarantı olması ilə bağlı bəyanatını şərh edərkən deyib.

Zaxarova vurğulayıb ki, Rusiyanın əsas məqsədi sülhə, sabitliyə və fikir ayrılıqlarının aradan qaldırılmasına nail olmaqdır, lakin bu, yalnız öz məsuliyyəti çərçivəsində edilə bilər.

“Ölkəmizin bütün öhdəlikləri açıq şəkildə yazılıb. Bunlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında yazılıb. Sadəcə olaraq, bu sənədi açıb görmək lazımdır ki, ölkəmizin hansı öhdəlikləri var? Hər şey sadələşəcək. Rusiya sülhməramlıları vəziyyətin gərginləşməsinin qarşısını almaq və yerdə vəziyyətin sabitləşməsi üçün əllərindən gələni edirlər və onlar da bunu öz məsuliyyət dairələri daxilində edirlər”, – sözçü bildirib.

Qeyd edək ki, Paşinyan cümə axşamı günü Azərbaycanın Laçın yolunu “blokadaya” alması nəticəsində Qarabağda yaranmış humanitar böhranın fəlakətə çevrilməsinin qarşısının alınmasında Rusiya sülhməramlılarının xidmətlərini qeyd edib. O, əlavə edib ki, 2020-ci ildə Rusiya “Qarabağ xalqı”nın təhlükəsizliyinin və mülki infrastrukturunun təminatçısı rolunu öz üzərinə götürüb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104186