Busaat.az xəbər verir ki, bu sözlər Cavad Zeynalov adlı vətəndaşa aiddir. O, APA TV-yə müsahibəsində bildirib ki, sözügedən restoranları işlədən Emin adlı biznesmendən haqqını ala bilmir. C.Zeynalov sözügedən iş adamının müğənni Vəfa Şərifovanın ad gününə tort göndərdiyini də iddia edib:
“Yeni ildə Vəfa Şərifovanın ad gününə tort göndərir. Mən ondan əlil uşağımın haqqını ala bilmirəm. Mənimlə gedən işçilər də var və onların da maaşı ödənmir. Həmin adamlar məni günahkar bilir və haqlarını məndən tələb edirlər. Əks halda adımı polisə verəcəklərini bildirirlər”.
Emin adlı şəxs isə iddialara cavab olaraq məsələnin araşdırılacağını bildirib. Özünü “Dalğa Beach”-in mətbuat xidmətinin nümayəndəsi kimi təqdim edən Ramal İsayev şikayətçi ilə danışdıqlarını və ödənişi edəcəklərini bildirib. (yenisabah)