İspaniya kralı Baş nazir postuna Sosialist Partiyasının liderinin namizədliyini irəli sürüb

image-pedro-sancesbackend

İspaniya kralı VI Filipp seçkilərdən sonra İspaniya Sosialist İşçi Partiyasının lideri Pedro Sançesin baş nazir postuna namizədliyini irəli sürüb.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Deputatlar Konqresinin (parlamentin aşağı palatası) sədri Fransin Armenqol məlumat verib.

Onun sözlərinə görə, monarx ona Pedro Sançesi baş nazir postuna namizəd kimi təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki