İspaniya prokurorluğu Şakiranı vergidən yayınmaqda ittiham etdi

image-sakirabackend

İspaniya prokurorluğu “Şakira” ləqəbli kolumbiyalı müğənni İzabel Mebarak Ripollu vergidən yayınmqda ittiham edib.

Busaat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, sözügedən müğənniyə qarşı 2012-2014-cü illər arasında İspaniyada yaşadığı dövrlə əlaqədar Maliyyə Nazirliyindən 14,5 milyon avro vergidən yayındığə üçün ittiham irəli sürülüb. Noyabrın 20-də Barselona Əyalət Məhkəməsində Şakiranın məhkəməsi başlayacaq.

Prokurorluq 2018-ci ildə kolumbiyalı müğənninin gəlir və əmlak vergisi ilə bağlı iddia edilən qanun pozuntusu ilə bağlı araşdırmasını başa çatdırıb. Şakiranın İspaniya Xəzinədarlığından 5,3 milyon avro vergidən yayınması ilə bağlı ittiham irəli sürüb.

İkinci ittihamla bağlı prokurorluq Şakiraya hazırda yaşadığı Mayamidən videokonfrans vasitəsilə ifadə vermək imkanı yaradıb.

Digər tərəfdən, 2012, 2013 və 2014-cü illərdə keçmiş futbolçu Xerard Pike ilə birlikdə Barselonada yaşadığı dövrlə əlaqədar olaraq, gəlir və əmlak vergisindəki pozuntularla 14,5 milyon avro vergidən yayınmaqda günahlandırılan Şakira həbs cəzası alıb. 8 il 2 aya qədər həbs və 23,8 milyon avro cərimə.

Ümumilikdə 12 dinləmənin olacağı və dekabrın 14-də yekunlaşacağı gözlənilən işdə şahid qismində 200-ə yaxın şəxsin adı yazılıb.

Şakira 183 gündən çox İspaniyada yaşadığı üçün bu ölkənin qanunlarına görə vergi ödəyicisi olub.

Prokurorluğun məlumatına görə, İspaniyada vergi ödəməmək üçün Şakira öz gəlirlərini və aktivlərini İspaniya Vergilər İdarəsindən gizlədərək Britaniyanın Virgin Adaları, Kayman adaları, Malta, Panama və Lüksemburqda yerləşən şirkətlər şəbəkəsinə keçirib.

Kolumbiyalı müğənni vəkili vasitəsilə aparılan ilkin danışıqlarda Maliyyə Nazirliyi ilə razılaşmayıb. O, ittihamları rədd edib və məhkəmə çəkişməsinə üstünlük verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90