İspaniyada gecə klubunda yanğında 13 nəfər öldü

image-foto61backend

İspaniyanın cənub-şərqindəki Mursiya şəhərində gecə klubunda çıxan yanğında azı 13 nəfər ölüb.

Busaat.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Yerli vaxtla saat 06:00 radələrində başlayan yanğında 13 nəfərin həyatını itirdiyi, 4 nəfərin isə tüstüdən təsirləndiyi bildirilib.

Hadisə yerinə gələn qruplar yerli vaxtla saat 08:00 radələrində binaya girməyi bacarıb və əvvəlcə 4 nəfərin, təxminən 40 dəqiqə sonra isə 2 nəfərin cəsədini aşkar ediblər.

Daha sonra ölənlərin sayı 13-ə yüksəlib.

Mursiya Bələdiyyəsi həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Yanğınsöndürmə və soyutma prosesinin intensiv şəkildə davam etdiyi bildirilib.image-foto62

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90