İspaniyada banan yeşiklərində gizlədilmiş 9,4 ton kokain aşkarlanıb

image-narkotikbackend

İspaniyada banan qablarının içərisində gizlədilmiş 9,4 ton kokain aşkarlanıb.

Busaat.az xəbər verir ki, bu barədə İspaniya Polis DepartamentiGömrük Mühafizə orqanlarının mətbuat xidmətləri məlumat yayıb.

Bildirilib ki, Kolumbiyadan ölkəyə gələn banan yeşiklərində 9 ton 436 kiloqram kokain aşkar edilib.

Bunun İspaniyada bu günə qədər ələ keçirilən ən böyük narkotik miqdarı olduğu bildirilib. Səlahiyyətlilər, sözügedən narkotikin Kolumbiyadan İspaniyaya, oradan da Portuqaliyaya və Avropanın digər ölkələrinə daşındığını açıqlayıb.

Bananların arasında bir kiloluq paketlərdə saxlanılan narkotik maddənin qoyulduğu qabın üzərində 30-dan çox loqo olduğu və cinayət təşkilatlarının bu yolla narkotiki daha çox gizlətməyi hədəflədikləri bildirilib.

Ekvadorda yerləşən beynəlxalq ticarət şirkətində qeydiyyatdan keçmiş konteynerlərdə narkotik vasitələrin daşınmasının Avropanın ən böyük cinayət təşkilatlarından biri tərəfindən həyata keçirildiyini qeyd edən İspaniya polisi istintaqın davam etdiyini açıqlayıb.

Əməliyyatın davam etdiyi üçün saxlanılan və ya həbs edilənlərin sayı barədə məlumat verilməyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90