
"İsrail-ABŞ müttəfiqliyi görünməmiş səviyyəyə çatıb" - Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail və ABŞ arasında ittifaq son bir ildə görünməmiş dərəcədə möhkəmlənib.
Busaat.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ-İsrail ittifaqı həm Yaxın Şərqi, həm də dünyanı dəyişir.
“Son bir il ərzində bizim ABŞ ilə müttəfiqliyimiz və tərəfdaşlığımız görünməmiş hala gəldi. Bu, həm Yaxın Şərqi, həm də dünyanı dəyişir. Bu, təkcə təhlükəsizlik üçün deyil, həm də sülh dairəsinin genişləndirilməsi üçün imkanlar yaradır, buna nail olmaq üçün çox çalışırıq”,-Netanyahu qeyd edib.
Ölkəsinin ABŞ-la əlaqələrinin möhkəmləndirilməsindən danışan Netanyahu Amerika lideri Donald Trampın xüsusi töhfəsini qeyd edib:
“Mən uzun illərdir ki, siyasətdəyəm. Mən ABŞ-ın müxtəlif administrasiyaları ilə işləmişəm və aldığımız tərəfdaşlığı və yardımı yüksək qiymətləndirirəm, lakin bu, əvvəllər heç vaxt olmayıb.
Prezident Tramp bildirib ki, bu, əvvəllər heç vaxt mövcud olmayan bir əməkdaşlıqdır”.
Yeganə






















