İsrail ordusu növbəti dəfə atəşkəsi pozaraq Livana hücum edib. Livanın NNA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail ordusu paytaxt Beyrut və Livanın cənubundakı Tir və Nəbatiyyə şəhərlərində atəşkəsi pozub.
İsrailə məxsus pilotsuz uçuş təyyarəsinin paytaxt Beyrutda və ”Hizbullah”ın şəhərin cənubundakı qalası olan Dahiyə bölgəsi üzərində uçduğu müşahidə edilib.
İsrail ordusu Nəbatiyyənin Bint Cibeyl bölgəsindəki Ayta əş-Şaab qəsəbəsində bir çox evi hədəf alıb. Rayonun Marun ər-Ras qəsəbəsində İsrail ordusuna məxsus maşınların hərəkət etdiyi müşahidə edilib. İsrail əsgərləri qəsəbədəki bir evin qapısını bombalayaraq, avtomat silahlardan atəş açıb.
İsrail ordusu həmçinin Mərcayun rayonunun Et-Taybe qəsəbəsinə daxil olub. İsrail ordusuna məxsus buldozerlər bəzi məhəllələrdə yolları dağıdıb. Pilotsuz təyyarələrin Nəbatiyə və Sur şəhərləri üzərində uçduğu da qeyd edilib.
İsrail ordusunun atəşkəsə baxmayaraq törətdiyi hücumlar nəticəsində azı 37 nəfər ölüb, 45 nəfər isə yaralanıb.
Etiketlәr: #hücum , #Livan , #İsrail