İstanbulda müşahidə edilən qatı duman səbəbindən İstanbul Boğazı müvəqqəti olaraq bağlanıb.
Busaat.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsi yayıb.
“Yerli vaxtla 01:20-dən etibarən hər iki istiqamətdə müvəqqəti olaraq gəmilərin hərəkəti dayandırılıb”, – deyə məlumatda qeyd olunub.