İstanbulda 16 şəxs İŞİD səbəbindən saxlanılıb

image-istbackend

İstanbulun 10 rayonunda 14 fərqli ünvanda terror təşkilatı İŞİD əleyhinə keçirilən əməliyyatlarda 16 şübhəli yaxalanıb.

Busaat.az xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Terrorla Mübarizə Şöbəsinin əməkdaşları terror təşkilatı üzvlərinin Türkiyəyə qarşı təxribatlar həyata keçirəcəyi şübhəsi ilə əməliyyat keçirib.

“Ölkəmizə qarşı son dövrlərdə qarşıdurma zonalarında fəaliyyət göstərən, dindən sui-istifadə edən, terror təşkilatları ilə əlaqəli fəaliyyət göstərən, keçmişdə isə münaqişə bölgələrində terror təşkilatları sıralarında fəaliyyət göstərən, hazırda da ölkəmizə qarşı təxribatlar hazırlığında ola biləcəyini nəzərə alaraq, İstanbulun 10 rayonunda (Avcılar, Bağcılar, Başakşehir, Beylikdüzü, Esenler, Esenyurt, Küçükçekmece, Sultanqazi, Sultanbəyli və Zeytinburnu) bu günə kimi fəaliyyətlərini davam etdirən şəxslərin tutulması üçün 14 fərqli ünvanda təşkil edilən əməliyyatlarda 16 şübhəli saxlanılıb” – deyə, bəyanatda vurğulanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90