İstisuda “Niva” Avtomobili Çaya Düşdü

image-nivaajpg-1746685252backend

Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib.

Busaat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Bakı şəhərində yaşayan, əslən Kəlbəcər rayonundan olan sürücü 1985-ci il təvəllüdlü Namiq Mamedov qəza anında “Niva” markalı avtomobili ilə birlikdə çaya düşüb.

Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki