İtaliyada dünyada koronavirusu məhv edən ilk vaksin hazırlanıb.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, vaksin tezliklə insanlar üzərində sınaqdan keçiriləcək.
Qeyd edilib ki, vaksin gəmiricilər üzərində sınaqdan keçirilib.
Alimlər siçanlara iynə vurduqdan sonra onlardan anticisimlər götürüblər.
Laboratoriya sınaqlarının ilkin nəticələri göstərib ki, anticisimlər koronavirusun insan hüceyrələrinə yoluxmasını dayandıra bilib.