İtaliyada seçkilərdə ultra sağ qalib gəlib – Faşist hökümət qurulur?

image-italyadaki-secimlerde-birinci-cikan-meloni-secim-sonuclarini-degerlendirdibackend

İtaliyada keçirilən seçkilərdə Giorgia Meloninin başçılıq etdiyi ifrat sağçı İtaliyanın Qardaşları Partiyası (FdI) və onun bir hissəsi olduğu ultra sağçı alyans qalib gəlib. Sağ alyans həm Senatda, həm də Nümayəndələr Palatasında hökumət qurmaq üçün mütləq çoxluğa nail olub.

Seçkilər İtaliya 19-cu qanunvericilik dövründə fəaliyyət göstərəcək höküməti formalaşdıracaq. Seçicilər yuxarı palatada (200 yer) və aşağı palatada (400 yer) onları təmsil edəcək parlamentarilərə səs veriblər.

50,8 milyon seçicinin səsvermə hüququna malik olduğu seçkidə fəallıq 63,9 faiz təşkil edib. Bu, İtaliyada keçirilən ümumi seçkilər tarixində ən aşağı seçici fəallığı kimi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin paylaşdığı nəticələrə görə, Giorgia Meloninin başçılıq etdiyi ifrat sağçı FdI yüzdə 26,2 səslə birinci olub.

Enriko Lettanın rəhbərlik etdiyi mərkəzi sol partiyası – Demokratik Partiya 19,2 faiz səslə ölkədə ən çox səs toplayan ikinci partiyadır.

Keçmiş baş nazir Cüzeppe Kontenin rəhbərlik etdiyi 5 Ulduz Hərəkatı (M5S) 15,3 faizlə üçüncü ən yüksək səsi toplayıb.

Keçmiş baş nazir Silvio Berluskoninin rəhbərlik etdiyi sağçı alyansdan olan Forza Italia (FI) da 8 faiz səslə beşinci yerdə qərarlaşıb.

Ümumi alyans ətrafında birləşən sağçı partiyalar –  Fdİ, Liqa, Fİ və bəzi kiçik partiyalar 44,3 faiz səs toplayıb.

Bu nəticələrə uyğun olaraq, sağçı alyans həm Senatda, həm də Nümayəndələr Palatasında yer qazanaraq, hökumət qurmaq üçün mütləq səs çoxluğu əldə edib. Sağ alyans Senatda 114-126, bütövlükdə Nümayəndələr Palatasında isə 232-252 yer ilkə təmsil olunacaq.

Seçkilərin nəticəsinə görə, Meloni “ilk qadın” və “ilk ifrat sağçı” baş nazir olmağa yaxındır.

Sağçı alyansın seçkilərdə qalib gəlməsi və alyansın seçkilərdən öncə ən çox səs toplayan partiyanın yeni Baş naziri müəyyənləşdirmək barədə razılığa gəlməsi ilə gözlər Meloniyə çevrilib.

Meloninin özünü sağçı alyansın baş nazirliyə namizədi elan edəcəyi gözlənilir.

Həmçinin, Meloni baş nazir olarsa, faşist lider Benito Mussolinidən sonra baş nazir postunu “ölkədə ilk dəfə ifrat sağçı siyasətçi” icra edəcək.

Giorgia Meloni baş nazir olarsa, o, həm də “2008-ci ildən bəri bu posta seçki ilə gələn ilk lider” olacaq. Belə ki, İtaliyada son 10 ildə vəzifədə olan 6 baş nazir prezidentlər tərəfindən təyin edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90