İtkin qadının meyiti Göyçayda kanaldan çıxarıldı

image-meyit-sbackend

Ağdaşda itkin düşən 66 yaşlı qadının meyti 13 gün sonra Göyçay rayonundan tapılıb.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, 9 may tarixində rayonun Ağcayazı kənd sakini Nazilə Əliabbas qızı Ələkbərova yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Bu gün isə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları N.Ələkbərovanın meytini Yuxarı Şirvan kanalının Göyçay rayon Bığır kəndi ərazisindən keçən hissəsində tapıb.

N.Ələkbərovanın meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki