İyun ayı Azərbaycanda 4 günlük iş həftəsi olacaq
Busaat.az xəbər verir ki, bu, Qurban bayramı, Milli Qurtuluş Günü və Silahlı Qüvvələr Günü ilə əlaqədar ölkəmizdə qeyri-iş gününün elan olunması ilə əlaqədardır.
Belə ki, 6 və 7 iyun – Qurban bayramı münasibətilə rəsmi qeyri-iş günləridir. 7 iyun şənbə gününə düşdüyündən, Əmək Məcəlləsinə əsasən 9 iyun (bazar ertəsi) də istirahət günü olacaq.
15 iyun – Milli Qurtuluş Günü bu il bazar gününə təsadüf etdiyindən, 16 iyun (bazar ertəsi) də qeyri-iş günü sayılır.
26 iyun – Silahlı Qüvvələr Günü isə cümə axşamı qeyd olunacaq və həmin gün də istirahət olacaq.
Beləliklə, iyun ayında cəmi 18 iş günümüz olacaq.