Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.40 $▼1.96%
  • WTI neft86.53 $▼2.05%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.131 $▼0.85%
  • Qızıl3 861 $▼0.23%
  • Gümüş46.89 $▼0.91%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.75 ¢▲2.56%
  • Bitcoin64 635 $▼1.04%
  • Ethereum1 823 $▼0.61%
  • S&P 5007 473▼1.16%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

Kadırovdan iddia: “Qostomeldəydim, indi isə Kiyevdəyəm...”

image-ramzan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Çeçenistan rəhbəri Ramzan Kadırov Kiyev yaxınlığındakı Qostomeldə olduğunu iddia edir və artıq paytaxtda ola biləcəyi ilə hədələyir.
Qaynarinfo  Pravda.com-ua-ya istinadla xəbər verir ki, bu haqda Kadırovun TG-dəki kanalı məlumat yayıb.
Kadırov bir video yerləşdirib və onun Kiyevdən 25 km aralıda, Qostomeldə çəkildiyini iddia edib.
“Videoda biz Qostomeldəyik. Kiyev faşistləri, keçən gün sizdən 20 km uzaqda idik, indi isə daha da yaxınlaşdıq və təxmin edin, nə qədər yaxınlaşmışıq… İntriqanı bir az da artırım: bəlkə də biz artıq Kiyevdəyik və yalnız lazımlı əmri gözləyirik?”.
Kadırovun hazırda Ukraynada olması ilə bağlı məlumat təsdiqini tapmayıb. Bununla belə, onun Ukraynaya “səyahət” etdiyini Rusiya təbliğat mediası – RBK, “Komsomolskaya Pravda” və “RİA Novosti” “işıqlandırıb”.
Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, hazırda Kadırovun Ukraynada olub-olmaması ilə bağlı məlumatlar yoxlanılır, lakin onun bir gün əvvəl Qroznıda göründüyü barədə məlumat var.
Buna Kadırov “Çəkilişləri görməyibsən, yoxsa gəlib qapını döyməliyəm?” deyə cavab verib.
Aretoviçin sözlərinə görə, Kadırovun Kiyev yaxınlığında olması təsdiqlənərsə, Ukrayna Silahlı Qüvvələri onu məhv edəcək.
Xatırladaq ki, Kadırovun qoşunlarının xüsusi dəstələri Kiyev istiqamətindədir (Kiyev dənizi, İrpen, Qostomel, Buça).
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=73319