Kamal Babayev vəfat etdi – FOTO

image-1639987262_vefat-abackend
Fotoqraf, jurnalist Kamal Babayev 95 yaşında vəfat edib.
Bu barədə APA-ya onun nəvəsi Kəmalə Kərimova məlumat verib.
O bildirib ki, fotoqraf uzun sürən xəstəlikdən sonra dünən gecə dünyasını dəyişib.
Qeyd edək ki, Kamal Babayev 1927-ci ildə anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. İş fəaliyyətinə “Pioner” jurnalında müxbir kimi başlayıb. Uzun müddət R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində çalışıb. “Bakı fəhləsi”, “İncəsənət”, “Günay”, “Dalğa”, “Vışka” qəzetlərində yazıları dərc olunub. Bir çox beynəlxalq, ümumittifaq və respublika üzrə fotomüsabiqələrin laureatı, jurnalistlər İttifaqının və Azərbaycanın Fotoqraflar Birliyinin üzvü olub.
2000 və 2003-cü illərdə fərdi sərgiləri keçirilib.
Allah rəhmət eləsin.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90