Kamilə Nəbiyevadan XOŞ XƏBƏR: “Ona çox güvənirəm”- VİDEO

image-fon-musicbackend

Xanəndə Kamilə Nəbiyeva qardaşı Hilal Nəbiyevlə duet ifa edib.

Busaat.az-a açıqlama verən sənətçi qardaşı ilə oxuduğu duetin izləyicilər tərəfindən maraqla qarşılanacağını deyib:

“Hilalın səsinə və istedadına çox güvənirəm, elə onunla duet oxumağımın əsas səbəbi də məhz bu inamdan irəli gəldi. İnanıram ki, duetimiz musiqisevərlərin zövqünü oxşayacaq. Onu da deyim ki, bu, hələ başlanğıcdır. Qardaşımla qarşıda yeni layihələrimiz nəzərdə tutulub. Mən hər zaman ona dəstək olacağam”.

Qeyd edək ki, xanəndənin qardaşı Hilal ixtisasca tar ifaçısıdı. 2021-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin məzunu sənətçi müğəni kimi fəaliyyət göstərir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90