Kanada ilk dəfə Ukraynaya “Leopard 2” tankı göndərdi – VİDEO

image-anita-anandbackend

Kanada ilk “Leopard 2” tankının Ukraynaya göndərildiyini bildirib.

Busaat.az xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand “Twitter” səhifəsində paylaşım edib.

“Bu gün ordumuzun Ukraynaya göndərdiyi ilk “Leopard 2″ əsas döyüş tankını daşıyan təyyarə yola düşdü. Kanada Ukrayna xalqının yanındadır və biz Ukrayna Silahlı Qüvvələrini qələbə üçün lazım olan avadanlıqla təmin etməyə davam edəcəyik”, – o, tvit yazıb.

Yanvarın 26-da Anand Kanadanın Ukraynaya dörd “Leopard 2” tankı göndərəcəyini açıqlayıb.

Bu açıqlama Almaniyanın Ukraynaya 14 ədəd “Leopard 2” tankının göndərilməsi ilə bağlı məlumatı təsdiqləməsindən bir gün sonra verilib.

Bundan əvvəl Portuqaliya da “Leopard 2” tanklarının Kiyevə təhvil veriləcəyini açıqlamışdı.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90