Kanadada yaşayan azərbaycanlılar da ordumuza dəstək aksiyası təşkil edib – FOTOLAR

Kanadada yaşayan azərbaycanlılar da ordumuza dəstək aksiyası təşkil edib – FOTOLARbackend

Kanadada yaşayan azərbaycanlılar, diaspor fəalları bu ölkənin Toronto şəhərində Azərbaycan ordusuna dəstək aksiyası keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Yeni Gündəm”-ə bildiriblər ki,  aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etirazlarını bidiriblər. Soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad olunmasını tələb ediblər.
Kanada azərbaycanlıları müxtəlif dillərdə şüarlar səsləndirib, ölkə ictimaiyyətinin diqqətini münaqişənin acı nəticələri barədə məlumatlandırmağa çalışıblar. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi bütövlüyü pozulub, hərbçilər şəhid olub, günahsız insanlar, uşaqlar, mülki əhali qətlə yetirilib.
Aksiya iştirakçıları bir daha diqqətə çatdırıblar ki, Kanada höküməti dəfələrlə Azərbaycanın ərazi bütovlüyünü birmənalı şəkildə dəstəklədiyini və işğalı qınadığını bəyan edib.
Aksiyaya Kanadada yaşayan İsrail və Türkiyədən olan qardaşlarımız, Azərbaycanı sevən insanlar da qatılıblar.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90