Karantini pozan sürücü və 27 sərnişin cərimələndi – Fotolar

Karantini pozan sürücü və 27 sərnişin cərimələndi – Fotolarbackend

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Siyəzən rayonundan Xaçmaz rayonuna sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Busaat.az-a verilən məlumata görə, bu qanunsuz fəaliyyətlə məşğul olan Siyəzən rayon sakini Mübariz Məhərrəmov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişinləri Xaçmaz rayonuna aparmaq istəyən zaman rayonun girişində polis əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlanış zamanı M.Məhərrəmovun icazəsi olmayan 27 sərnişini Xaçmaz rayonuna apardığı məlum olub.

Sürücü M.Məhərrəmov və  27 sərnişinlər barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.

busaat 8e2f3206caf7951b5b27b6fd249d9a02 80jft1ews6gm97plzyhq busaat 1511aad67a4ec2015bd564dea4ff5d43 18m9hb6gluq4p2zwiort


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki