Keçən il antiterror əməliyyatlarında iştirak etmək üçün Səfərbərlik İdarəsindən məni də çağırmışdılar

image-1726846280_fb_img_1726846107083backend

Keçən il antiterror əməliyyatlarında iştirak etmək üçün Səfərbərlik İdarəsindən məni də çağırmışdılar.
Yaşadığım ömrə 3 dəfə müharibədə iştirak etmək qismət olub. ( 2020 və sonrakı dövrlərdə bəzi əməliyyatlar)

Dördüncündə iştirak etmək üçün formamı geyinib, evdəkilərlə, yaxınlarımla sağollaşıb, halallaşıb Səfərbərlik idarəsinə getdim.

Sənədlərim hazırlandı, peçatlandı…İrəlidə düşmənə qan udduran Komando birliklərinə əməliyyat və kəşfiyyat komandiri kimi qatılmaq üçün tam hazır vəziyyətdə yola çıxırdım ki, düşmənin ağ bayraq qaldıraraq igid oğullarımızın qarşısında diz çökdüyünün, təslim olduğunun xəbəri gəldi…
Sevincimizdən nə edəcəyimizi bilmirdik…

Düzdü sevinirdik amma ön xəttə ən yaxınlarımı itirmişdim. Müharibə yenə bizlərdən canlar almışdı…Bir yanımda bunun üzüntüsünü də yaşayırdım. Həyatın qisməti, neyləmək olar?!
Əgər azadlıq, suverenlik istəyiriksə belə halları nəzərə almalıyıq. Zatən almışdıq.

Bəli, düşmən tamamən təslim olmuş, işğal altında olan bütün torpaqlarımız azad olunmuşdu.
Etiraf edim ki, bunlar o dövr üçün inanılması o qədər çətin hadisələrdir ki…Xankəndi düşməndən təmizlənəcək, Arayiklər ” arzu etdikləri ” kimi Bakımıza gələcək…

Sanki yuxu idi…Cənab Ali Baş Komandan tarixə öz imzasını atmağı bacarmış, ata vəsiyyətini tamamən yerinə yetirmiş, Azərbaycan son yüz illiklər ərzində ilk dəfə idi ki, torpaq itirməmişdi. Zəfər dəmir yumruğun- bütöv və suveren Azərbaycanın olmuşdu.

Yıxıldıq, durduq, yorulduq, susadıq, ac qaldıq, yağışda, soyuqda titrədik, dişlərimiz dişlərimizə dəydi, hətta itkin də düşdük….Yəqin  belə məsləhətmiş ki, sağ qaldıq. Qismət!

Dostlar, qardaşlar, doğmalar itirdik… Ürəyimiz ağrısa da ” Vətən Sağ Olsun ” deyib yolumuza davam etdik…Zəfərə, zəfərlərə addımladıq.

Və nəhayət…Bütöv, azad, suveren Azərbaycan!
Bu günümüzə min şükürlər olsun!

Təşəkkürlər, Cənab Ali Baş Komandan!
Təşəkkürlər,  Müzəffər Azərbaycan Ordusu!
TƏŞƏKKÜRLƏR, AZƏRBAYCAN XALQI!

Və ən əsası canlarından keçənlərimiz. Əminəm ki, ruhunuz şaddır.
Bu gün, 20 sentyabr artıq rəsmi qaydada suverenliyimizin ilk ilidir. Rahat uyuyun, bu Vətəni Vətən edənlər!

Bayramınız mübarək olsun!

Hörmətlə : Silahlı Qüvvələrin zabiti, Dövlət Gömrük Komitəsinin əməkdaşı İqbal Səfərov

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki