“Keçmiş Sovet ölkələrində nüfuzumuz böyükdür” – Putindən iddialı AÇIQLAMA  

image-photo_123557backend

Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” kanalına açıqlamasında maraqlı fikirlər səsləndirib.

Putin, hakimiyyətə gəldikdən sonra ölkədə vəziyyətin sabitləşməyə başladığını, doğru siyasətin aparıldığını qeyd edib.

Rusiya Prezidenti keçmiş Sovet ölkələrində nüfuzlarının artdığına və bunun narahatlığa səbəb olduğuna diqqət çəkib:

“Nə olursa olsun, keçmiş Sovet ölkələrindəki nüfuzumuz bütün çətinliklərə baxmayaraq artmaqdadır. SSRİ dağılarkən bütün nəticələri ilə birlikdə müstəqil dövlətlərin yaranacağını anlamalıydılar”.

Putin dünyadakı gərginliyi azaltmaq bəhanəsi ilə Rusiyanın keçmiş Sovet ölkələrindən çıxarılmağa çalışıldığını da əlavə edib.

Rusiya tərəfindən hazırlanan yeni koronavirus peyvəndi və silahların Qərbi qəzəbləndirdiyini deyən Putin, Qərbin Rusiyaya qarşı məhdudlaşdırma siyasəti apardığını diqqətə çatdırıb.Redaktor.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90