Kim Çen ABŞ və Cənubi Koreya ilə dialoq istəmir – NÜVƏ TƏHLÜKƏSİ artır

image-kimcenbackend

Şimali Koreya lideri Kim Çen In ABŞ və ya Cənubi Koreya ilə danışıqlar aparmaq niyyətində deyil və bu ölkələri düşmən kimi xarakterizə edir.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Şimali Koreya dövlət xəbər agentliyi KCNA yayıb.

Məlumata görə, Koreya Xalq Demokratik Respublikası lideri xəbərdarlıq edib ki, ABŞ və Cənubi Koreya rejiminin “gərginliyi artıran davamlı, qəsdən və məsuliyyətsiz hərəkətləri” Pxenyanın daha sərt reaksiyasına səbəb olacaq. O əlavə edib ki, Şimali Koreya vəziyyəti diqqətlə izləyir.

“Hörmətli yoldaş Kim Çen In bildirib ki, düşmənlər hələ də bizə hərbi təhdidlər yaradaraq dialoq və danışıqlara çağırırlar. O deyib ki, biz düşmənlərlə dialoqla kifayətlənmirik və buna ehtiyac yoxdur” – deyə KCNA bildirib.

Şimali Koreya lideri əlavə edib: “Biz Koreya yarımadasındakı qeyri-sabit vəziyyəti və düşmənlərin diqqətdən kənarda qalmayan bütün hərbi hərəkətlərini izləyəcəyik və lazım gələrsə, bütün hərbi cavab tədbirləri görəcəyik. KXDR-in nüvə döyüş qüvvələri ölkənin ləyaqətini, suverenliyini və mövcudluq hüququnu müdafiə etmək kimi vacib vəzifələrini yaxşı dərk edərək, ən güclü nüvə cavab mövqeyini qoruyacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki