Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.87 $▼0.20%
  • WTI neft83.62 $▲0.76%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.791 $▲17.33%
  • Qızıl3 539 $▲0.17%
  • Gümüş41.08 $▼0.68%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda593.00 ¢▲0.13%
  • Bitcoin56 046 $▼4.70%
  • Ethereum1 557 $▼3.84%
  • S&P 5006 910▼3.72%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035

KİVDF-nin yeni direktoru bütün işçiləri qovdu: Həsənov klanını bitirən FAKTLAR - ADLAR

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılov qurumun bütün əməkdaşlarını işdən çıxarıb.

Busaat.az “BakuPost”a istinadən xəbər verir ki, yeni direktorun bu radikal addımı ilkin araşdırmalardan dərhal sonra baş verib. İşdən çıxarılan şəxslərin kim olması, hansı prinsiplə işə götürlüməsinə nəzər yetirdikdə, Fondun indiyə qədər fəaliyyəti barədə tam təsəvvür yaranır.
İşdən çıxarılan şəxsləri və onlar haqqında qısa məlumatları təqdim edirik:

1. Aygün Süleymanova – Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun müavini Tahir Süleymanovun qızı;

2. Gülgün Zahidli – Əli Həsənovun digər müavini Ərəstun Mehdiyevin qardaşı qızı;

3. Aydın Quliyev – “Bakı-Xəbər” qəzetinin baş redaktoru;

4. Ramin Kərimli – Vüqar Səfərlinin bacısı oğlu,

5. Elşad Tağıyev – Vüqar Səfərlinin qohumu, kəndçisi

6. Samir Musatafayev – Mətbuat Xidmətinin rəhbəri

7. Mehrac Babayev – “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı.

M.Babayev həm də müəyyən məsələlərə görə siyasi çevrələrdə yaxından tanınır. Milyonçu bir adamın KİVDF-də görəsən, nə işi var? Əldə etdiyimiz məlumata görə, jurnalistlərin binasını qeyri-rəsmi olaraq M.Babayev tikib. Onun burada rəsmi işçi olmasının hansı zərurətdən doğmasını isə yalnız Vüqar Səfərlinin özü bilir.

Bundan əlavə fondun tərkibində olan “Tikinti Şöbəsi”nin 5 əməkdaşı da işilə vidalaşıb.

Fondda köhnə komandadan yalnız Baş mühasib vəzifəsini icra edən Təhminə Yaqubova qalıb. Bu ad bizə jurnalistlərin ev qalmaqalından tanışdı. “Vüqar Səfərli katibəsinə ev alıb” deyənlər Təhminə xanımı qəsd ediblər. Əslində isə o, ev alanda katibə deyildi. KİVDF-nın baş mühasibi və eyni zamanda “Mövqe” qəzetinin mədəniyyət şöbəsinin müdiri idi. Amma onu da deyək ki, T.Yaqubovanın V. Səfərlinin katibəsi kimi təqdim edilməsinin də əsası var. O, Vüqar Səfərlinin “Azərmətbuatyayımı” ASC-nin rəhbəri olan vaxt katibəsi kimi çalışıb. Fondda isə həmişə mühasibatlıq işlərilə məşğul olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=8352