Konqoda kilsə partladıldı: Azı 10 nəfər öldü

image-thumbs_b_c_38571a0350bf51a685f8d40db0fc4420backend

Konqonun şərqində bir kilsədə şübhəli ekstremistin hücumu nəticəsində azı 10 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

Busaat.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Ölkənin hərbi sözçüsü Entoni Mvaluşayi AP-yə telefonla bildirib ki, Şimali Kivu əyalətinin Kasindi qəsəbəsindəki Pentikostal kilsəsində baş verən partlayışa görə İslam ekstremistləri ilə əlaqəsi olan bir qrup şübhəli bilinir.

Mvaluşayi bildirib ki, şübhəli qismində Keniya vətəndaşı hadisə yerində saxlanılıb.

Qeyd edək ki, əvvəllər İŞİD qruplaşması ilə əlaqəsi olduğu güman edilən üsyançı təşkilat olan Müttəfiq Demokratik Qüvvələrin döyüşçüləri Uqanda ilə sərhəddə yerləşən Kasindidə bir neçə hücum həyata keçirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90