“Mübahisəli məhkəmə tənzimləməsindən qaynaqlanan daxili müzakirələr İsrailin nə vaxt və harada olursa olsun düşmənə qarşı hərəkətə keçmək gücünü və qabiliyyətini sarsıtmayacaq”.
Busaat.az xəbər verir ki, bunu hökumətinin həftəlik Nazirlər Kabinetinin iclasının açılışında çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
İsrailin baş naziri Binyamin Netanyahu Suriyada İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) iki zabitinin həlak olması ilə nəticələnən hücumu açıq şəkildə qeyd etmədən deyib: “İsrail sərhədlərindən kənarda terroru dəstəkləyən dövlətlərə ağır bədəl ödəməyə məcbur edirik”.
Qeyd edək ki, bundan əvvəl İran İnqilab Keşikçiləri Korpusu İsrailin Suriyaya hücumu nəticəsində iki zabitinin həlak olduğunu açıqlayıb.
Busaat.az