“Konyaspor”un baş məşqçisi Emreli haqda: “Mahiri meydana buraxmaqla…”

image-1682872262_mahobackend

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi “Konyaspor” Türkiyə Super Liqasının 32-ci turunda doğma meydanda “Trabzonspor”u 2:1 hesabı ilə məğlub edib.

Busaat.az xəbər verir ki. həmyerlimiz bu matçda 46-cı dəqiqədə meydana daxil olub.

Konya təmsilçisinin baş məşqçisi Aleksandar Stanoyeviç 27 yaşlı forvardı ehtiyatda saxlamasının səbəbini açıqlayıb. Serbiyalı mütəxəssis onu zədədən qorumaq üçün ikinci hissədə meydana buraxdığını bildirib:

“Zədələrinə görə Mahiri ikinci hissədə oyuna buraxdım. Sonradan həmlə edə bilmək üçün onu qorumaq istədim. Mahiri meydana buraxmaqla oyunu dəyişməyi hədəfləmişdik”.

Offsideplus.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90