Məzmuna keç
  • Brent neft92.93 $▼2.46%
  • WTI neft88.65 $▲0.35%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.111 $▼1.49%
  • Qızıl3 865 $▼0.13%
  • Gümüş47.47 $▲0.32%
  • Pambıq81.40 ¢▲3.10%
  • Buğda591.00 ¢▲0.72%
  • Bitcoin64 504 $▼1.24%
  • Ethereum1 805 $▼1.61%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Sağlamlıq

Korona virusundan belə qorunun – Baş infeksionistdən AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Bir neçə gündür dünya ictimaiyyətini təşvişə salan koronavirusla bağlı qonşu Rusiya və Türkiyə hava limanlarında xüsusi yoxlamalar həyata keçirilir. Hətta Rusiyada 3 nəfər koronavirus şübhəsi ilə müayinələrə cəlb edilib.
Medicina.az xəbər verir ki, bir müddət öncə Azərbaycanda Respublikasının Səhiyyə Nazirliyi də virusla bağlı insanlara müraciət etmişdi.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a açıqlamasında koronovirusun əlamətləri və qorunma üsullarından danışıb.
O bildirib ki, koronavirusun əlamətləri qrip, respirator virus infeksiyalarını xatırladır:
“Çindən yayılan virus adətən ağciyərləri zədələyir və ağciyər çatışmazlığına səbəb olur. Beləliklə də insan tələf olur. Əgər virus ağız boşluğundan daxil olarsa, mədə-bağırsaq pozğunluqları yarada bilər.
C.İsayev bu virusdan qorunmaq üçün xəstə insanlardan uzaq olmağı məsləhət görür:
“Maska taxmaq, kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, əlləri mütəmadi yumaq, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamaq lazımdır. Bundan başqa, meyvələri yeməzdən əvvəl mütləq yumaq vacibdir”.
Xatırladaq ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=2633