Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.55 $▼1.11%
  • WTI neft90.99 $▼0.50%
  • Avropa qazı (TTF)88.63 €▼1.13%
  • Təbii qaz (ABŞ)2.996 $▲1.35%
  • Qızıl4 069 $▲0.38%
  • Gümüş52.13 $▲1.13%
  • Pambıq78.70 ¢▲0.45%
  • Buğda588.50 ¢▼1.13%
  • Bitcoin75 817 $▼0.20%
  • Ethereum2 236 $▲0.07%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Gündəm

Koronavirusdan ölənlərin daşınma QAYDALARI

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.

Qeyd olunub ki, COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricdə cənazənin nəqli tabut içərisində həyata keçirilməli və cənazə tabutla birlikdə dəfn edilməlidir.

COVID-19 səbəbilə ölənlərin cənazələrinin ölkə xaricində və ölkə daxilində daşınması əsnasında milli və beynəlxalq hava yollarının cənazə nəqli qaydaları qüvvədədir. Ölüm səbəbi yoluxucu xəstəlik olan cənazələrə aid olan tabutların qəbul mərhələsində tabutun mütləq lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir. Müvafiq qaydalara uyğun prosedurlar həyata keçirilməli, COVID-19 xəstəliyindən ölənlərin ölüm səbəbi yoluxucu xəstəlik olduğundan cənazələrinin ölkə xaricində və ölkə daxilində hava yolları ilə nəqli bu meyara uyğun olmalıdır.

Hər növ quru yol və dəmir yolu ilə cənazələrin nəqli, hava yolları ilə cənazə nəqlində olduğu kimi, nəqliyyat vasitələrinə qəbul mərhələsində tabutların ciddi bir şəkildə lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir.

Şübhəli/təsdiqlənmiş COVID-19 infeksiyası olmadan digər səbəblərdən ölən insanlara tətbiq olunan metod və qaydalar:

Dəfn prosedurları, şübhəli/təsdiqlənmiş COVID-19 istisna edilərək digər səbəblərdən baş vermiş ölüm hallarında standart prosedurlarla davam etdirilməlidir. Bununla birlikdə, COVID-19 şübhəsi ölünün müayinəsini həyata keçirən həkim tərəfindən qiymətləndirilir. COVID-19 pandemiyası səbəbindən bütün ölüm hallarında ölünün müayinəsi əsnasında fərdi qoruyucu tədbirlərin görülməsi vacibdir./Report/

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=8603