Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.25 $▲1.65%
  • WTI neft86.53 $▲1.79%
  • Avropa qazı (TTF)85.40 €▲1.61%
  • Təbii qaz (ABŞ)3.140 $▲1.72%
  • Qızıl3 877 $▲0.00%
  • Gümüş47.62 $▲0.28%
  • Pambıq81.09 ¢▼0.32%
  • Buğda597.00 ¢▼0.42%
  • Bitcoin64 195 $▼0.96%
  • Ethereum1 787 $▼1.74%
  • S&P 5007 342▼1.05%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Sağlamlıq

Koronavirusla mübarizə aparan həkimlərin maaşları niyə azaldılıb? – Açıqlama

image-koronavirus-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün həkimlərə verilən ödəmələrin iki dəfə azaldılması məsələsinə münasibət bildirib.

Busaat.az xəbər verir ki, agentlikdən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirusla mübarizə tədbirlərinə cəlb edilən tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir:

“Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir.

Qeyd edək ki, koronavirusla mübarizə tədbirlərinə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir. Belə ki, xəstə sayı çox olduqda daha çox tibb işçisinin, əksinə, xəstə sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilir”.

Bildirilib ki, qərara uyğun olaraq müddətli əlavələr iş vaxtına/saatına mütənasib olaraq ödənilir:

“Belə ki, müddətli əlavələr tibb və qeyri-tibb işçilərinin koronavirusla mübarizə tədbirlərinə cəlb olunduqları iş vaxtına/saatına görə hesablanır.

Məlumat üçün bildirək ki, yanvar ayı ərzində ölkədə koronavirusa yoluxan şəxslərin sayı az olduğu üçün tibb və qeyri-tibb işçilərinə ödənilən müddətli əlavənin məbləğində də azalma müşahidə olunub”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=39914