“Koronavirusla mübarizə xeyli çətinləşib” – Fazil Mustafa

“Koronavirusla mübarizə xeyli çətinləşib” – Fazil Mustafabackend

“Gəlir səviyyəsi aşağı olan vətəndaşlar üçün test qiyməti 30 manata qədər endirilməlidir”.

Busaat.az xəbər verir ki, bu fikirləri ölkəmizdə koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyətə münasibətə bildirən deputat Fazil Mustafa deyib.

Deputata görə, əsas problem test üçün təyin olunan qiymətlərin çox baha olması ilə bağlıdır:

“Xəstəxanalarda yer tapmaq mümkün deyil. Xəstəliyə yoluxmuş insanların çoxu dədə-baba qaydasında evində necə gəldi müalicə olunurlar. Qoruyucu vasitələrdən istifadə etməməyə görə cərimələrin tətbiqi də prosesi ləngitməyə təsir göstərmir. Əksər insanlar 100-150 manat vəsaitləri olmadığına görə sadəcə müşahidə olunan əlamətlərə görə özləri xəstəliyin başladığını təyin edib yaxınlarının və ya tanışlarının tətbiq etdiyi üsullardan istifadə edirlər. Qeyri-peşəkar müalicənin nəticələri də bir çox hallarda ürəkaçan olmur. Təsəvvür edin ki, test qiymətlərinin bahalığına görə vətəndaş yoxlamadan keçməkdən imtina edir. Bəzən isə bir gün öncə bir klinikada neqativ çıxan test sabah başqa klinikada pozitiv çıxırsa, bu da əlavə maddi və psixoloji problemlər yaradır. Test pozitiv çıxdığında adamlar dərhal kompüter tamoqrafiyası vasitəsi ilə ciyərlərini yoxlatmağa qaçırlar. Burada da 90-110 manat, əgər evə çağırırsansa 180 manata qədər vəsait ödəməli olurlar. Klinikalarda növbə hədsiz çox olduğundan bu yoxlama da bir neçə gün gecikə bilər. Ardınca dərmanların qiyməti də kəlləçarxa çıxdığından insanlar müalicə almaqda xeyli çətinlik çəkirlər. Bütün bu sıxıntılar dünyanın hər bir ölkəsində olduğuna görə ayrıca olaraq səhlənkarlığa görə nə müvafiq qurumları, nə də qoruyucu vasitələrdən istifadə etməyən vətəndaşları qınamaq fikrində deyiləm. Sadəcə çıxış yolu təcili tapılmalıdır”

Fazil Mustaf hesab edir ki, test qiymətləri 50 manatı keçməməlidir:

“Hətta gəlir səviyyəsi aşağı olan vətəndaşlar üçün 30 manata qədər endirilməlidir. Eyni zamanda kompüter tamoqrafiyası üçün də ödənişlər 50 manatı keçməməlidir. Apteklərdə də COVİD-19 üçün istifadə olunan dərmanların maksimum qiymət standartları nəzarətə götürülməli, möhtəkirliyə qarşı ciddi tədbirlər görülməlidir. COVİD-19 səbəbinə tətbiq olunan məhdudiyyət tədbirləri onsuz da insanların iqtisadi vəziyyətinə ciddi təsir göstərib, gəlir səviyyəsi aşağı düşüb. Bu elə bir xəstəlikdir ki, onun fəsadlarına qarşı dövlət və vətəndaşlar bir-birinə dəstək verərək effektli mübarizə apara bilərlər. Həkimlərimizin və tibb bacılarımızın da durumu hədsiz dərəcədə ağırdır, onların arasında da itkilərimiz böyükdür”.

Deputat bildirib ki, evlərdə müalicə alanlar üçün formal deyil, işləyən qaynar xətt şəbəkəsi qurulmalıdır və insanlar zəng edərək peşəkar tibbi məsləhət və tövsiyyələr ala bilməlidir:

“Hər evə həkim gedə bilmirsə, xəstələrə vaxtında yetişməyə təcili təcili yardımın imkanları xeyli çətinləşibsa, heç olmasa insanların öz-özlərini xilas etməsi üçün ilkin addımları doğru atmasına yardım etmək vacibdir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90