“Koronavirusun ikinci dalğası qaçılmazdır…” – Ekspert qadağaların ləğvinə ETİRAZ ETDİ

“Koronavirusun ikinci dalğası qaçılmazdır…” – Ekspert qadağaların ləğvinə ETİRAZ ETDİbackend

Ekpsertlər hələ bir neçə ay öncədən həyacan siqnalı verirdi ki, payız aylarında ölkədə koronavirusun ikinci dalğasına şahidlik edəcəyik. Lakin gündəlik statistikaya nəzər salsaq, yoluxma sayı ötən aylara nisbətdə xeyli azalıb.

Maraqlıdır, belə olan halda ölkədə ikinci dalğanın yaranma ehtimalı 0-a enir, ya bu təhlükə hələ də var? Bundan əlavə, virus mutasiyaya uğradığı üçün təsir gücü zəifləyib?

Məsələ ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev hazırkı statistikanın qorunacağı təqdirdə ikinci dalğanın yaranma ehtimalının azalacağını bildirib:

“Koronavirus üçün ÜST tərəfindən təsdiq edilmiş peyvənd olmadığı üçün hələ də bu qorxu var. Bizdə yoluxma ona görə azalıb ki, selektiv tədbirlər vaxtında görüldü. Hansı əhali qrupunda yoluxma az oldusa birbaşa onların kontaktda olduğu şəxslər yoxlanıldı. Beləliklə biz sürətli yayılmanın qarşısını ala bildik. Amma bu o demək deyil ki, virus yoxa çıxıb.

Bu baxımdan bəzi müəssisələrin və s. açılışı növbəli şəkildə həyata keçirilməlidir, dərslər bütün siniflər üçün əyani şəkildə birdən keçirilməməlidir. Çünki birdən açılmaya keçsək koronavirusun ikinci dalğasını yaşayacağımız qaçılmazdır. Buna görə bizdə yumşalma tədbirləri iki həftə müddətinə nəzərdən keçirilir və yoluxma sayı artmazsa yenidən yumşalma olur.

Son günlər Avropa ölkələrində yoluxma sayında artım müşahidə olundu. Hətta bəzi ölkələr virusun pik həddinə çatdı. Bu onu deyir ki, virus hələ mutasiyaya uğrayıb zəifləməyib.Yoluxmanın bu vəziyyət almasına səbəb isə həmin ölkələrin birdən yumşalmaya getməsi oldu. Bu səbəbdən bizdə yumşalma tədricən növbəli şəkildə olur.

Bu günkü vəziyyətə görə biz 50 həkim və xeyli sayda tibb işçisi itirmişik. Biz bunun sayəsində hazırkı vəziyyətdəyik. Ona görə də daha böyük itkilərə getməmək üçün yumşalma mərhələli şəkİldə həyata keçirilməlidir. İndiki statistika ikinci dalğanın yaranmadığını göstərir və bunu qorumalıyıq

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90