Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.55 $▼1.11%
  • WTI neft90.99 $▼0.50%
  • Avropa qazı (TTF)88.63 €▼1.13%
  • Təbii qaz (ABŞ)2.996 $▲1.35%
  • Qızıl4 069 $▲0.38%
  • Gümüş52.13 $▲1.13%
  • Pambıq78.70 ¢▲0.45%
  • Buğda588.50 ¢▼1.13%
  • Bitcoin75 817 $▼0.20%
  • Ethereum2 236 $▲0.07%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Gündəm

Koronavirusun yeni simptomu aşkarlandı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Amerikalı həkimlər COVID-19-un yeni simptomunu aşkarlayıblar.

Busaat.az “Report”a istinadən xəbər verir ki, həkimlər həmin əlaməti “koronavirus barmaqları” adlandırıblar.

Məlumata görə, bu simptom özündə göy, ya da al-qırmızı rəngə bürünmüş ayaq barmağının zədələnməsini ehtiva edir.

Pensilvaniya Universitetinin infeksionisti Ebbinq Lautenbaxın sözlərinə görə, həmin ləkələr çox vaxt qıcıq və toxunuş zamanı ağrı verir.

Araşdırmaçılar bu əlaməti həm kəskin respirator distress sindromu olan ağır xəstələrdə, həm də xəstəliyin simptomsuz keçdiyi gənclərdə, həmçinin uşaqlarda müşahidə edildiyini vurğulayıblar.

Bununla yanaşı, “koronavirus barmaqları” hələ xəstəliyin ilkin mərhələlərində, başqa sözlə, testin neqativ çıxa biləcəyi vaxtda görülə bilər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 733 000-i ötüb. Bunların 751 404 nəfəri sağalıb, 191 185 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=8640